Ça. Okt 15th, 2019

Nizami Gəncəvi adına Xankəndi 4 saylı tam orta məktəbdə “İslam həmrəyliyi və milli dəyərlərimiz” mövzunda tədbir keçirilib

“Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyi tərəfindən İslam həmrəyliyi və milli dəyərlərimiz”  mövzunda  Nizami Gəncəvi adına Xankəndi 4 saylı tam orta məktəbdə tədbir keçirib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin mənəvi-əxlaqi tərbiyəsində və vətənpərvərliyin inkişafında islam dəyərlərinin roluna dair tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində baş tutub.
Məktəbin direktoru Nazim Xudiyev bildirib ki, məktəbin əsası 1945-ci ildə qoyulub, 1988-ci Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar fəaliyyətini dayandırıb.
O, 2012-ci ildə Azərbaycan prezidentinin sərəncamına əsasən, məktəbin fəaliyyətini bərpa etdiyini diqqətə çatdırıb. Nazim Xudiyev   çıxışında məktəbin tarixinə nəzər salıb, keçdiyi yoldan danışıb. O, məktəbin Azərbaycanın ictimai-siyasi həyatına böyük şəxsiyyətlər bəxş etdiyini deyərək, məktəbin 100-dən çox məzununun Dağlıq Qarabağ müharibəsində şəhid olduğunu bildirib.
Daha sonra çıxış edən “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyinin sədri Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verərək bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2017-ci il Azərbaycanda   “İslam Həmrəyliyi İli” elan edilib. Ölkəmizdə möhtəşəm IV İslam Həmrəyliyi Oyunları keçirilib.
Təşkilat rəhbəri bildirib ki,  həm islam dinində həm də milli dəyərlərimizdə sülh, xeyirxahlıq, mərhəmət böyüyə hörmət, kiçiyə qayğı, torpağı və vətəni qorumaq əsas nümunələr sayıla bilər.
 “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai Birliyinin sədri Cəsarət Hüseynzadə çıxışlarında islam həmrəyli və vətənpərvərli ilə bağlı fikirlərini bildirib.
Sonra tədbir diskussiyalarla davam edib.
Tədbirdə fəallıq göstərən şagirdlərə fəxri fərmanlar təqdim edilib.

Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyi

Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir