62 №-li məktəb-liseydə “Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanların və vətənpərvərliyin təbliği” mövzusunda görüş keçirilib

62 №-li məktəb-liseydə  “Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanların və vətənpərvərliyin təbliği”  mövzusunda  görüş keçirilib.
QHT.az xəbər verri ki, tədbir   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyi tərəfindən həyata keçirilən “Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanların və vətənpərvərliyin təbliği” layihəsini”  layihəsi çərçivəsində baş tutub.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mətanət Cabbarlı bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Milli Qəhrəmanlara, onların ailələrinə, şəhid ailələrinə,  Qarabağ müharibəsi iştirakçılarına daim diqqət və qayğı göstərilir və bu məsələ dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Hər kəsə bəllidir ki, bu qəbildən olan insanların qayğıları Azərbaycan dövlətinin, şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin nəzarətindədir. Məktəb rəhbəri həmçinin yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliği  ilə bağlı təhsil müəssisləri ilə vətəndaş cəmiyyəti təşkilatları arasında yarana əməkdaşlığın uğurlu olduğunu qeyd edib.
Daha sonra çıxış edən  “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyinin sədri Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştiakşılarına geniş məlumat verib.
Təşkilat rəhbəri bildirib ki,  Azərbaycanın Milli Qəhrəmanları haqqında geniş məlumat verərək, onların vətən qarşısında xidmətlərindən danışıb. Eyni zamanda xalqımızın bu qəhərmanalrı daim yaşatdığını və xatirələrini uca tutduğunu qeyd edib.
Çıxış edən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşı Gülsəba Ələsgərova təmsil etdiyi qurumun  Qarabağ məsələsi və vətənpərvərlik mövzuları ilə bağlı hər ilə xeyli sayda layihəni maliyyələşdirildiyi bildirib və bu sahədə aparılan təbliğat işlərində bu layihələrin mühüm rol oynadığını qeyd edib.
“Azərbaycan Respublikası Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” ictimai birliyinin sədri Mehdi Mehdiyev öz döyüş yolundan danışaraq, döyüşü yoldaşları ilə vətənə xidmət illəri ilə bağlı təəssüratlarını qeyd edib.
“Kür-Xəzər” xeyriyyə ictimai birliyinin sədri Akif Kərimov da hər bir təşkilatın bu sahədə fəaliyyət göstərməsinin vacib olduğunu qeyd edib. Eyni zamanda təşkilatı tərəfindən vətənpərvərliyin təbliği ilə bağlı göstərdiyi fəaliyyət haqında məlumat verib.
 Görüş diskussiya və şagirdlərin çıxışları ilə davam edib.

Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyi

ŞƏRHLƏR

Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir