QHT Milli Qəhrəmanların və vətənpərvərliyin təbliği mövzusunda tədbir keçirib

Milli Qəhrəman Rafiq Nəsrəddinov adına 39 №-li tam orta məktəbdə  “Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanların və vətənpərvərliyin təbliği”  mövzusunda  görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahirə Şükürova bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində mütəmadi olaraq mili qəhrəmanların tandılması və vətənpərvərliyin inkişafı ilə bağlı tədbirlə keçirilir.
Daha sonra çıxış edən  “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyinin sədri Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Təşkilat rəhbəri Azərbaycanın Milli Qəhrəmanları haqqında geniş məlumat verərək, onların vətən qarşısında xidmətlərindən danışıb. Eyni zamanda xalqımızın bu qəhrəmanları daim yaşatdığını və xatirələrini uca tutduğunu qeyd edib. Nəsimi Qarabağlı bu gün məktəblilərin də sosial şəbəkələr vasitəsi ilə vətənpərvərliyin təbliğinə mühüm tövhə verə biləcəyini qeyd edib.
Çıxış edən şagirdlər xaricdən olan həmyaşıdları ilə müxtəlif formada görüşlərdə Azərbaycan həqiqətləri ilə bağlı məlumat verdiklərini söyləyiblər. Görüşün sonunda məktəblilərin vətənpərvərliklə bağlı hazırladıqları müxtəlif tədbirlərdən ibarət slayd nümayiş olunub  .
Qeyd edək ki, görüş  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyi tərəfindən həyata keçirilən “Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanların və vətənpərvərliyin təbliği”   layihəsi çərçivəsində baş tutub.

Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyi

  
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir