Əlilliyi olan şəxslər arasında kiçik biznes və ailə təsərüfatının yaradılması imkanları müzakirə olunub

Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanlarının artırılması” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.
Layihənin ilk tədbiri qrafika uyğun 12 iyun 2018-ci il tarixində saat 11:00-da Xaçmaz rayonu Mərkəzi Xəstəxanasının akt zalında nəzərdə tutulduğu kimi keçirildi.
Tədbir çərçivəsində əlillər arasında kiçik biznes və ailə təsərüfatının yaradılması imkanlarının artırılması yollarının üzə çıxarılması, əlillərin sosial yardım proqramlarından asılılığının azaldılması və fərdi təşəbbüskarlıqların dəstəklənməsi və bu sahədə mövcud problemlərin həlli yolları mövzusunda müzakirələr aparılmışdır.
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir