193 №-li tam orta məktəbdə vətənpərvərliklə bağlı tədbir keçirilib

Nərimanov rayonu, M.Şəhriyar adına 193 №-li tam orta məktəbdə  “Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanların və vətənpərvərliyin təbliği”  mövzusunda  görüş keçirilib. 

Tədbir  “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyi tərəfindən həyata keçirilən “Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanların və vətənpərvərliyin təbliği”   layihəsi çərçivəsində keçirilib.  Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə həyata keçirilir.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rahim Hüseynov  qeyd edib ki, bu gün orta məktəblərdə çox gözəl ənənə formalaşıb. Müxləf mövzular ilə bağlı tədbirlər təşkil olunur. Bu isə şagirdlərdin dünya görüşünün inkişaf etməsində mühüm rol oynayır.  Daha sonra çıxış edən  “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” iİctimai birliyinin sədri Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Təşkilat rəhbəri Azərbaycanın Milli Qəhrəmanları haqqında geniş məlumat verərək, onların vətən qarşısında xidmətlərindən danışıb.   Eyni zamanda xalqımızın bu qəhrəmanları daim yaşatdığını və xatirələrini uca tutduğunu qeyd edib.
Təşkilat rəhbəri eyni zamanda bəzi Milli Qəhrəmanların göstərdiyi şücaətlər haqqında  şagirdlərə məlumat verib. Təşkilat rəhbəri bu gün müxtəlif sahədə çalışan hər bir vətəndaşın öz sahəsində dürüst fəaliyyəti ilə vətənpərvərlik nümunəsi olduğunu bildirib.

 “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib ki, şagirdlər  müasir texnoloji imkanlardan istifadə etməklə  milli qəhrəmanların tanıdılmasına və vətənpərvərliyin təbliğində öz tövhələrini verə bilər. Bunun üçün sosial şəbəkələrdə bu mövzularda paylaşımlar etmək lazımdır.    Şagirdlər də öz növbəsində mövzu ilə bağlı fikirlərini bildiriblər.

Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyi

Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir