Şb. İyl 20th, 2019

Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib

Gürcüstan parlamenti bugünkü növbədənkənar iclasında hökumətin yeni tərkibinə etimad göstərib.  Modern.az APA-ya istinadən xəbər verir ki, yeni hökumətin lehinə 101, əleyhinə isə 12 deputat səs verib.

 

Qonşu ölkənin yeni hökuməti 10 nazirlik və bir dövlət naziri aparatından ibarət olacaq.

Əvvəlki hökumətdən fərqli olaraq yeni hökumətdə üç yeni nazir təmsil olunub. Bunlar iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia, təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili və maliyyə naziri İvane Maçavarianidir.

 

Digər nazirlər isə yeni hökumətdə öz vəzifələrini saxlayıblar. Bunlara xarici işlər naziri David Zalkaliani, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili, daxili işlər naziri Giorgi Qaxariya, ədliyyə naziri Tea Tsulukiani, müdafiə naziri Levan İzoria, qaçqınlarla iş, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko daxildir.

 

Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili də vəzifəsində qalıb.

 

Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  Xaricidilli “Vikipediya”larda Azərbaycan həqiqətləri ilə bağlı fəallıq artacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir