Şb. İyl 20th, 2019

Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib

Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün maliyyə yardımı ilə “Əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanlarının artırılması” layihəsi qrafika uyğun 13 iyul 2018-ci il tarixində saat 11:00-da Zaqatala rayonu AQAT oteldə nəzərdə tutulduğu kimi keçirildi.

Tədbir çərçivəsində əlillər arasında kiçik biznes və ailə təsərüfatının yaradılması imkanlarının artırılması yollarının üzə çıxarılması, əlillərin sosial yardım proqramlarından asılılığının azaldılması və fərdi təşəbbüskarlıqların dəstəklənməsi və bu sahədə mövcud problemlərin həlli yolları mövzusunda müzakirələr aparılmışdır.
Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  İcma üzvlərinin elektron xidmətlərdən istifadə bacarıqlarının artırılması üzrə tədbirlər keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir