Şb. İyl 20th, 2019

Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb – Videolar

“Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dəstəyi Şurasının dəstəyi ilə “Sahibkarlıq sahəsində aparılan islahatlara ictimai dəstək verilməsi” layihəsi çərçivəsində “ Sahibkar saatı” adlı silsilə verlişlər hazırlayaraq,  QHT TV internet televiziyasında yayımlanaraq, ictimaiyyətə təqdim etdilib.
Bu barədə  QHT.az-a  məlumat verən “Sosial İqtisadi və Ekoloji İnkişaf” İB-nin sədri Rahilə Mehtiyeva bildirib ki, verlişlə bərabər “Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?” adlı videoçarx da hazırlanaraq QHT TV vasitəsi ilə yayımlanıb.
Layihə çərçivəsində hazırlanan bu verilişlərdə sahibkarlar çıxışları zamanı, Azərbaycanda həyata keçirilən iqtisadi islahatların iqtisadiyyata müsbət təsirlərinin, qadınlar arasında sahibkarlığın təbliği, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsinin təşviqi, yeni yaradılmış müasir və innovativ texnologiyalara əsaslanan istehsal müəssisələrində istehsal prosesi, işçilər üçün yaradılmış əlverişli şəraitdən, iqtisadi islahatların daha uğurlu nəticələr verilməsi, yaranan yeni imkanlardan daha səmərəli istifadə olunması, yaranan bu şəraitə görə dövlətimizə və onun Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

1-ci veriliş

 2-ci veriliş

 

3-cü veriliş

4-cü veriliş

 

5-ci veriliş

 

Videoçarx

 

Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  Şuranın Dəstəyilə Əlilliyi Olan Şəxslər Ziyarətə Aparıldı-FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir