Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb – Video

Xəbərlər blokunun 2-ci buraxılışına ötən həftə ərzində QHT-lərin həyata keçirdiyi tədbirlər ilə bağlı informasiyalar və reportajlar daxil edilib.

Bu barədə məlumat verən “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri və layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, xəbərlər bloku vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıqda hazırlanır. Belə ki, tədbirlər ilə bağlı video görüntülər təşkilatlar tərəfinə təqdim olunur. Növbəti fəaliyyətlər isə layihə icraçıları tərəfindən həyata keçirilir.  Layihə rəhbəri qeyd edib ki, 2-ci buraxılışda 9 informasiya yayımlanmışdır ki, bu informasiyaların 4-ü regionda baş tutan tədbirlərlə bağlıdır.

Bu layihənin gələcək inkişafına toxunan QHT TV rəhbəri bildirib ki, proses yenidir və QHT-lərin bu prosesə alışması üçün müəyyən vaxt lazımdır.  “Hesab edirəm ki, birgə əməkdaşlıq yeni uğurların başlanğıcı olacaq” – deyə Cəsarət Hüseynzadə bildirib.

Qeyd edək ki,  Xəbərlər Bloku  “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “QHT sektorunda baş verən mühüm hadisələr və QHT-lərin fəaliyyəti haqqında video informasiyaların hazırlanması və yayımının təşkili” layihəsi çərçivəsində hazırlanır və hər həftə QHT TV-nin internet saytı (www.qhttv.az) və qht.az saytı vasitəsi ilə yayımlanır.

Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir