“Ailə Dünyası” “Samur” sərhəd-keçid məntəqəsində maarifləndirmə kampaniyası keçirib

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi  Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Xaricə getmək istəyənlər üçün təhlükəsizlik bileti” adlı maarifləndirmə turunun təşkili layihəsinin icra planına uyğun olaraq 21.07. 2018 -ci il saat 10.00-dan 16.00 dək  Qusar rayonunun “Samur” sərhəd-keçid məntəqəsində  xaricə getmək istəyənlərin insan alveri  təhlükəsi ilə üzləşməməsi üçün maarifləndirmə kampaniyası keçirib

Bu barədə QHT.az-a məlumat verən ictimai birlik sədri, eləcə də layihə rəhbəri Gülayə Səfərova qeyd edib ki, kampaniyanın əsas məqsədi insanları maarifləndirmək, onları həm ölkə daxilində, həm də ölkədən kənarda təhlükəsizliyinin təmin olunması üçün səfərbər etməkdir.

Layihə rəhbərinin sözlərinə görə, son vaxtlar insan alveri məsələsi qlobal problemə çevrilib və bu bəla Azərbaycandan da yan keçmir. İnsan alveri dedikdə burada vətəndaşların müxtəlif yollarla təhsil, iş adı ilə başqa ölkələrə aparılması, onların həm cinsi, həm də əməyinin istismar olunması, orqan transplantasiyası qurbanına çevrilmək riski kimi başa düşülməliidr. Gülayə Səfərova vurğulayıb ki, layihənin qayəsi də, insanları baş verə biləcək hər hansı təhlükəyə qarşı təlimatlandırmaqdır. Bu səbəbdən xaricə gedən şəxslərin daha çox nəyi bilmələri, hansısa problem olduqda necə davranmaları, hara müraciət etmələri, şəxsi sənədləri qoruması vacib və bilməli olduğu məsələlərdir.

Maarifləndirmə kampaniyası çərçivəsində könüllülər  xaricə getmək istəyən və ölkəmizə gələn şəxslərə  nəyi bilmələri, hansısa problemlə rastlaşdıqda hansı qurumlara müraciət etmələri, hansı sənədləri mütləq şəkildə özündə saxlamalı olduqları, xarici ölkələrə ailə qurmaq, təhsil almaq adı ilə gedən şəxslərin hansı zəruri tədbirlər görmələri ilə bağlı geniş məlumatları özündə əks etdirən yaddaş kitabçalarını paylayıblar.

 

Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  Gənclər Fondunun maliyyə dəstəyi ilə Astara gənclərinə start-up bacarıqları ilə bağlı təlim keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir