Şb. İyl 20th, 2019

“Taxt oyunları”nın sonuncu mövsümü iddialı gəlir – FOTO

Dünyada izlənmə rekordları qıran “Game of Thrones” (“Taxt oyunları”) serialının son – 8-ci mövsümü ilə bağlı bəzi detallar ortaya çıxıb.

F5xeber xəbər verir ki, son mövsümdə yayımlanacaq səhnələr öncəki seriyalarda bəhs edilən hadisələrdən min il öncə baş verəcək.

Ssenari isə “Game of Thrones” romanının yazarı Corc R.R Martininqələmə aldığı “Buzun və alovun mahnısı” əsərinin motivləri əsasında çəkilib, ancaq yayımlanmayan iki seriyası ilə bağlıdır.

“The Hollywood Reporter” dərgisi isə final seriyalarında “White walkers”ların (“Ağ yürüş edənlər”) haradan gəldiyi, “Westeros”un sirri və Stark ailəsinin köklərinin meydana çıxması kimi mövzuların yer alacağını yazıb.

Qeyd edək ki, 38 “Emmy” mükafatı qazanan serialın son mövsümü 2019-cu ilin aprelində ekranlara gələcək.

Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  Beren Saatın "Müsəlmansınız?" sualına qəribə cavabı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir