Şb. İyl 20th, 2019

Növbəti tədbir Qax rayonu Mərkəzi Kitabxanasında keçirildi

Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün maliyyə yardımı ilə “Əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanlarının artırılması” layihəsi qrafika uyğun 27 iyul 2018-ci il tarixində saat 11:00-da Qax rayonu Mərkəzi Kitabxanasında nəzərdə tutulduğu kimi keçirildi

Bu barədə QHT.az-a ictimai birliyin sədri Xədicə Mikayılova məlumat verib.

  Tədbir çərçivəsində əlillər arasında kiçik biznes və ailə təsərüfatının yaradılması imkanlarının artırılması yollarının üzə çıxarılması, əlillərin sosial yardım proqramlarından asılılığının azaldılması və fərdi təşəbbüskarlıqların dəstəklənməsi və bu sahədə mövcud problemlərin həlli yolları mövzusunda müzakirələr aparılmışdır.

Azərbaycan Əlilləri Cəmiyyəti 

İctimai Birliyinin sədri:  Xədicə Mikayılova

Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  “Regionlarda adət-ənənələrin gənclər arasında təbliğı” layihəsi yekunlaşıb - FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir