Şb. İyl 20th, 2019

“Ailə Dünyası” Qazax rayonunun “Sınıq körpü” sərhəd-keçid məntəqəsində maarifləndirmə aksiyası keçirib

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi avqustun 11-də saat  10.00-dan 16.00 dək Qazax rayonunun “Sınıq körpü” sərhəd-keçid məntəqəsində xaricə getmək istəyənlərin insan alveri təhlükəsi ilə üzləşməməsi üçün maarifləndirmə kampaniyası keçirib.
Bu barədə QHT.az-a məlumat verən “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri  Gülayə Səfərova qeyd edib ki, kampaniyanın əsas məqsədi insanları maarifləndirmək, onları həm ölkə daxilində, həm də ölkədən kənarda təhlükəsizliyinin təmin olunması üçün səfərbər etməkdir.
Layihə rəhbərinin sözlərinə görə, son vaxtlar insan alveri məsələsi qlobal problemə çevrilib və bu bəla Azərbaycandan da yan keçmir. İnsan alveri dedikdə burada vətəndaşların müxtəlif yollarla təhsil, iş adı ilə başqa ölkələrə aparılması, onların həm cinsi, həm də əməyinin istismar olunması, orqan transplantasiyası qurbanına çevrilmək riski kimi başa düşülməliidr.
Gülayə Səfərova vurğulayıb ki, layihənin qayəsi də, insanları baş verə biləcək hər hansı təhlükəyə qarşı təlimatlandırmaqdır.
Bu səbəbdən xaricə gedən şəxslərin daha çox nəyi bilmələri, hansısa problem olduqda necə davranmaları, hara müraciət etmələri, şəxsi sənədləri qoruması vacib və bilməli olduğu məsələlərdir.
Maarifləndirmə kampaniyası çərçivəsində könüllülər xaricə getmək istəyən və ölkəmizə gələn şəxslərə nəyi bilmələri, hansısa problemlə rastlaşdıqda hansı qurumlara müraciət etmələri, hansı sənədləri mütləq şəkildə özündə saxlamalı olduqları, xarici ölkələrə ailə qurmaq, təhsil almaq adı ilə gedən şəxslərin hansı zəruri tədbirlər görmələri ilə bağlı geniş məlumatları özündə əks etdirən yaddaş kitabçalarını paylayıblar.
Qeyd edək ki, maarifləndirmə aksiyası Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Xaricə getmək istəyənlər üçün təhlükəsizlik bileti” layihəsi çərçivəsində baş tutub.
Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  Layihə çərçivəsində növbəti tədbir keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir