Rüsumların artırılmasından sonra avtomobil bazarında qiymətlər necədir? – VİDEOREPORTAJ, FOTOLAR

Yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılıb.

Minik avtobillərində mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0,30 manat (hazırda 0,20 manat), mühərrikin həcmi 3 000 kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat (hazırda 3 manat) mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 13 manat (hazırda 8 manat) mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manat (hazırda 20 manat) mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunub.

Bəs, görəsən rüsumların artırılması avtomobillərin qiymətinə nə kimi təsir göstərib? Hansı avtomobillərin qiyməti bahalaşıb? Alıcılar daha çox hansı avotomobillərə üstünlük verirlər?

Bu suallara aydınlıq gətirmək üçün musavat.com-un müxbiri Badamdar qəsəbəsində yerləşən Avtomobil Satışı Mərkəzində baş çəkib, bazardakı vəziyyəti öyrənməyə çalışıb.

Rüsumların artırılması bazarda vəziyyəti bir xeyli dəyişib. Demək olar ki, bütün avtomobillərdə bahalaşma müşahidə edilir. 2006-cı ildən bəri idxal olunan avtomobillərin qiymətində daha kəskin bahalaşma olub. İkinci əl avtomobillərin qiymətində hələlik elə də qiymət artımı nəzərə çarpmır. Satıcılar rüsumların arıtırılmasından sonra yeni gətirilən avtomobillərin qiymətində fantastik dərəcədə bahalaşma olduğunu bildirdilər.

Satcılar deyir ki, mühərrikin həcmi 3000 kubsantimetrədək olan avtomobillərdə cüzi artım olub. Təqribən 500-600 manat bahalaşma baş verib. Mühərrik həcmi aha yüksək olan, yəni 4000-5000 kubsantimet olan avtomombillərdə 7-8 min manat civarında bahalaşma olub.

Həmçinin bax:  Yaz Düşüncələri adlı tədbir təşkil olundu

Bazara həmişə olduğu kimi almaniya istehsalı olan avtomobillər liderlik edir. “Mercedes” markasından olan avtomobillərdə də bahalaşma nəzər çarpır. Bu avtomobillərin buraxılış ili köhnə olsa da, tələbat olduqca böyükdür. Bu səbəbdən də avtomobil dəlalları rüsumların arıtırlması fürsətindən istifadə edərək süni şəkildə qiyməti qaldırırlar. Bazarda ən çox “C” və “E” kateqoriyasından olan avtomobillər satılır. Bazarda daha çox mühərrik həcmi 1600 və 2400 kubsantimetrədək olan avtomobillərə daha çox tələbat var.

Rüsumların artırılması xəbərini eşidən alıcılar isə təşvişə düşüb. Onlar avtomobillərin daha da bahalaşacağından ehtiyatlanırlar. Alıcılar deyir ki, aksiz dərəcləri artırıldığı üçün alverçilərin çoxu bundan istifadə edərək, qiymətləri bir qədər də şişirdirlər.

Maşın bazarında mühərrik həcmi yüksək olan avtomobillərin bazarı ölüb. Artıq alıcılar avtomobilin buraxılış ilinə yox, yanacaq sərfiyyatını daha az işlədən avtomobillərə üstünlük verilirlər. Bu səbəbdən də mühərrik həcmi 2500 kubsantimetrdən yüksən olan maşınların satışı zəifləyib. Mühərrik həcmi yüksək olan minik avtomobili sahibləri ilə həmsöhbət olub, qiymətlərlə maraqlandıq. Avtomobilini satmağa gətirən Arif İsmayılov deyir ki, real alıcı olsa, 2003-cü illin, BMW markasından olan “X5” avtmobilini 15500 manata satar.

Bir zamanlar dəbdə olan Sovet istehsalı  “NİVA” markalı avtomobillərinə isə maraq azalıb. Bu markadan olan avtomobillər rənginə və model fərqinə görə müxtəlif qiymətlərə təklif olunur. 10 min manatdan, 18500 manata civarında dəyişir. Satıcılar bunun səbəbini yanacaq sərfiyyatı ilə əlaqələndirdilər.

Məğrur MƏRD
Fotolar və video müəllifindir

Sosial şəbəkələrdə paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir