Ça. Avq 20th, 2019

“Region gənclərinin start-up layihələrinin yazəlmasə bacarıqlarının artırılması” layihəsinin ilk təlimi Masallıda keçirildi

07 Yanvar 2019-cu ildə Masallı Gənclər Mərkəzində “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən icra olunan layihənin ilk təlimi keçirilib.

Bu barədə F5XƏBƏR-ə məlumat verən “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri Raci Səfərov bildirmişdir ki, təlim Azərbaycan Respublikasının Gənclər fondunun maliyyələşdirdiyi “Region gənclərinin start-up layihələrinin yazılması bacarıqlarının artırılması” layihəsi çərçivəsində, 25 nəfər gəncin iştirakı ilə reallaşmışdır. Tədbirdə ali və otra-ixtisas məktəblərinin tələbələri və məzunları,hərbi xidmətdən yenicə qayıtmış və iş həyatına yenicə başlayan gənclər təmsil olunmuşdur.

Təlimi beynəxalq dərəcəli təlimçı Rafət Şirəliyev idarə etmişdir. Təlim zamanı gənclərə “start-up b biznes nədir,onun əhəmiyəti, start-up biznesplanların hazırlanması və strukturu, SWOT təhlili ” mövzularında məlumat verilmişdir.

Qeyd edək ki, növbəti təlimlər 10 yanvar 2019-ci ildə Astara şəhərində, 16 yanvar 2019-ci ildə Lənkəran şəhərində, 22 yanvar 2019-ci ildə Yardımlı şəhərində, 24 yanvar 2019-cu ildə Cəlilabad şəhərində keçiriləcəkdir.

Gənclər layihədə fəal iştiraka dəvət olunur

Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  Prezident hökumətin iclasını keçirdi   - Fotolar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir