Ça. Avq 20th, 2019

“Region gəncləri arasında Biznes Plan çempionatı” layihəsinin icrasına başlanıldı

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 2018-ci ildə 11-ci qrant müsabiqəsi üzrə qalib olmuş “Region gəncləri arasında Biznes Plan çempionatı” layihəsinin 09.01.2019 tarixində 20 nəfər fəal gəncin iştirakı ilə Masallı rayon Gənclər Mərkəzində açılış mərasimi və ilk təlimləri keçirilmişdir. 
 
Tədbiri giriş sözü ilə “Region gəncləri arasında Biznes Plan çempionatı” layihəsinin rəhbəri Rafət Şirəliyev açmışdır. O, Azərbaycan Respublikası Gənclər Fondu və layihənin məqsədi və gedişatı haqqında məlumat vermişdir. Növbəti çıxışda layihənin eksperti Raci Səfərov iştirakçılara layihənin əhəmiyyəti və vacibliyi haqqında məlumat vermiş, iştirakçılara Uğurlar arzulamışdır.
 
Təlimləri layihə rəhbəri və həmçinin “Öz Biznesinə Başla” üzrə beynəlxalq təlimçi Rafət Şirəliyev idarə edir, ilk gündə gənclərə biznes, biznes ideyanın müəyyən olunması və qiymətləndirilməsi, biznesin növləri, biznes plan anlayışı, biznesin GZİT təhlili və s. təlimlər keçirilmişdir. Və iştirakçılar komandalara bölünmüşdür.
 
Qeyd üçün bildirək ki, yanvar ayında layihə üzrə daha 2 təlim sessiyası keçiriləcək. Fevral ayında isə gənclərin komanda şəklində hazırlayacağı biznes planların təqdimatı üçün çempionat təşkil olunacaq. İştirakçılar peşəkar münsiflər qarşısında öz biznes planlarını təqdim edəcəklər. Qalibələr xüsusi hədiyyə və diplomlarla təltif olunacaq.
Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  Vətəndaş cəmiyyəti üzvüləri üçün "Açıq Qapı" davam edir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir