Gənclər Fondunun maliyyə dəstəyi ilə Astara gənclərinə start-up bacarıqları ilə bağlı təlim keçirilib

Bu gün Astara Mərkəzi Kitabxanasında “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən icra olunan layihənin növbəti təlimi keçirilib.

Bu barədə məlumat F5XƏBƏRƏ-a məlumat verən “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri və layihə rəhbəri Raci Səfərov bildirib ki, təlim Azərbaycan Respublikasının Gənclər fondunun maliyyələşdirdiyi “Region gənclərinin start-up layihələrinin yazılması bacarıqlarının artırılması” layihəsi çərçivəsində, 25 nəfər gəncin iştirakı ilə reallaşmışdır.

Tədbirdə orta-ixtisas məktəblərinin tələbələri və məzunları, iş həyatına yenicə başlayan gənclər təmsil olunmuşdur.Təlimin əvvəlində layihə rəhbəri tərəfindən donor haqqında məlumat verilmiş, gənclərə layihənin əhəmiyyəti vurğulanmışdır.Çıxış zamanı iştirakçıların diqqətinə çatdırılmışır ki, ” bu gün start-up şəhadətnaməsi olan sahibkarlar dövlətimiz tərəfindən üç illik vergidən azad olunmuşdur ki, özlüyündə bu sahəyə diqqət və qayğını əks etdirir“.

Təlimdə fəxri qonaq kimi Astara Gənclər və İdman İdarəsinin əməkdaşları-Elnur Qurbanlı və Rufan Şirinov iştirak etmişdir.Elnur Qurbanlı çıxış edərək qeyd etmişdir ki,” bu cür layihələrin reallaşması Azərbaycan Respublikasının Prezidentinin təsdiq etdiyi 2017-2021-ci illərdə Azərbaycan gəncliyinin inkişafı proqramında əks olunmuş gənclərin innovativ-kreativ ideyalarının reallaşdırılmasına dəstəy göstərməkdir.

Təlimi beynəxalq dərəcəli təlimçı Rafət Şirəliyev idarə etmişdir. Təlim zamanı gənclərə “start-up biznes nədir, onun əhəmiyəti, start-up biznesplanların hazırlanması və strukturu, GZİT təhlili ” mövzularında məlumat verilmiş, iştirakçılar qrup işi kimi komandalara bölünərək yaradıcı təkliflər səsləndirmişdir.Təlimin sonunda iştirakçılara sertifikatlar verilmiş və birlikdə xatirə şəkli çəkilmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir