Oxu Akademiyasının təqdimat mərasimi keçirilib

Bu barədə Saytımıza qurumun rəhbəri hüquqşünas Səməd Vəkilov məlumat verib. O, bildirib ki, 2018-ci ildə təsis edilən Oxu Akademiyasının fəaliyyət sahəsi xaricdə təhsil, tələbə mübadiləsi, elmi informasiya və yeniliklərin dövriyyəsinin təşkili tələbə turizmi və marifçilik işinin təşkili olunmasıdır. Qurumun fəalittəti ilə bağlı müzakirələrdə iştirak edən professor Ədalət Tahirzadə marifçilik işinin təşkil olunmasında belə qurumların fəaliyyətinin faydalı olacağından danışıb. İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsinin sədri vəkil Akif Əlizadə və Digesta nəşriyyatının rəhbəri Ərşad Huseynovda hüquqi marifçilk sahəsində boşluqların olmasından Oxu Akademiyası kimi qurumların fəaliyyətinin zəruri olmasını vurğulayıblar. Sənətşünas Ənvər Yusifoğlu Azərbaycanda kino sənətinin problemlərindən və həlli yollarından danışmışdır. Tədqiqatçı alimlərin, ziyalılar iştirak etdiyi tədbirin sonunda professor Seyfəddin Rzasoya və araşdırmaçı jurmalist Elnur Eltürkə fəxri diplom verilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir