Ça. Okt 15th, 2019

Yardımlı şəhərində gənclərə start-up təlimi keçirilib

22 yanvar 2019-cu ildə, Yardımlı şəhərində “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən icra olunan layihənin  növbəti  təlimi  keçirilmişdir.
 
Bu barədə məlumat verən “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri və layihə rəhbəri  Raci Səfərov bildirmişdir ki, təlim  Azərbaycan Respublikasının  Gənclər fondunun  maliyyələşdirdiyi “Region gənclərinin start-up layihələrinin yazılması bacarıqlarının artırılması” layihəsi çərçivəsində, 25 nəfər gəncin iştirakı ilə reallaşmışdır. Tədbirdə  peşə və orta məktəblərin şagirdləri  təmsil olunmuşdur.Təlimin əvvəlində layihə rəhbəri tərəfindən  donor haqqında məlumat verilmiş, gənclərə layihənin əhəmiyyəti vurğulanmışdır.
 Təlimdə   Azərbaycan Respublikasının  Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov iştirak etmişdir.
Təlimi beynəxalq dərəcəli təlimçı Rafət Şirəliyev idarə etmişdir. Təlim zamanı gənclərə “start-up  biznes nədir, onun əhəmiyəti, start-up biznesplanların hazırlanması və strukturu, GZİT təhlili ” mövzularında məlumat verilmiş,öz şəxsi təcrübəsindən gənclərə start-up bizneslər təqdim olunmuşdur. .Təlimin sonunda iştirakçılara sertifikatlar verilmiş və birlikdə xatirə şəkli çəkilmişdir
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir