Ça. Okt 15th, 2019

Mini Futbol üzrə Qazax rayon turnirinə start verildi

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai birliyi “Şəhidlərimizi Tanıyaq və Tanıdaq” adlı layihəsinin icrası cərcivəsində Şəhid Suleyman Suleymanovun xatirəsinə həsr olunmuş gənclər arasında Mini Futbol üzrə Qazax rayon turnirinə start vermişdir.
Turnirdə 12 komanda qeydiyyatdan kecmişdir.
Turnirin ilk günündə 22.01.2019-cu il tarixdə 1 mərhələnin 4 oyunu kecirilmişdir. Gərgin idman mübarizəsi şəklində kecirilən görüşlər nəticəsində Orta Salahlı,Şəhər № 5, Aşağı Əskipara və Daş Salahlı №2 komandaları qalib gələrək növbəti tura vəsiqə qazanmışdırlar.
1 mərhələnin nəticələri aşağıda kı kimi olmuşdur:
Orta Salahlı 3-2 Qazaxbəyli
Şəhər № 4 0-3 Şəhər № 5
Aşağı Əskipara 1-0 Şəhər №2
Daş Salahlı №2 2-0 Məktəb licey
Qalibləri təbrik edirik və növbəti oyunlarda qələbələr arzu edirik.
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir