Ça. Okt 15th, 2019

Gənclər Fondunun maliyyələşdirdiyi təlimlərə Cəlilabadda yekun vurulub

24 Yanvar 2019-cu ildə, Cəlilabad şəhərində “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən icra olunan layihənin  sonuncu  təlimi  keçirilmişdir.
Bu barədə məlumat verən “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri və layihə rəhbəri  Raci Səfərov bildirmişdir ki, təlim  Azərbaycan Respublikasının  Gənclər fondunun  maliyyələşdirdiyi “Region gənclərinin start-up layihələrinin yazılması bacarıqlarının artırılması” layihəsi çərçivəsində, Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə, 25 nəfər gəncin iştirakı ilə reallaşmışdır. Tədbirdə  ali və orta-ixtisas məktəblərin tələbələri təmsil olunmuşdur.Təlimin əvvəlində layihə rəhbəri tərəfindən  donor haqqında məlumat verilmiş, gənclərə layihənin əhəmiyyəti vurğulanmışdır.
Təlimdə iştirak edən Cəlilabad RİH-nin ictimai-siyasi sektorunun işçisi Münasib Həsənov  çıxış edərək  qeyd etmişdir ki,” bu cür layihələrin reallaşması gənclərin inkişafında, yeniliklərin regiona gətirilməsində və iş yerlərinin açılmasında mühüm rol oynayacaqdır.”
Təlimi beynəxalq dərəcəli təlimçı Rafət Şirəliyev idarə etmişdir. Təlim zamanı gənclərə “start-up  biznes nədir, onun əhəmiyəti, start-up biznesplanların hazırlanması və strukturu, GZİT təhlili ” mövzularında məlumat verilmiş,öz şəxsi təcrübəsindən gənclərə start-up bizneslər təqdim olunmuşdur.İştirakçılar qrup işi kimi komandalara bölünərək yaradıcı təkliflər səsləndirmişdir və start-up layihələri ətrafında geniş müzkirələr aparılımışdır.
Təlimin sonunda iştirakçılara sertifikatlar verilmiş və birlikdə xatirə şəkli çəkilmişdir.Bununlada  layihə  çərçivəsində keçirilən təlimlərə yekun vurulmuşdur.Layihə zamanı gənclərin start-up müzakirələrinin aparılması üçün facebook sosial şəbəkəsində “GƏNC START-UPÇILAR” adlı qrup yaradılmışdır. Qeyd edim ki, yanvar ayı ərzində Masallı, Astara, Lənkəran, Yardımlı və Cəlilabad rayonlarında  təlimlər keçirilmiş, 125 nəfər gənc maarifləndirilmişdir, onlara sertifikatlar təqdim olunmuşdur.
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir