Ça. Okt 15th, 2019

Gənclər arasında mini futbol üzrə yarımfinal oyunları kecirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai birliyi “Şəhidlərimizi Tanıyaq və Tanıdaq” adlı layihəsinin icrası cərcivəsində Şəhid Suleyman Suleymanovun xatirəsinə həsr olunmuş gənclər arasında Mini Futbol üzrə Qazax rayon turnirinin Yarımfinal oyunlarını kecirilmişdir.
Turnirdə 12 komanda qeydiyyatdan kecmişdir.
Turnirin ikinci günündə 25.01.2019-cu il tarixdə Qazax Olimpiya İdman Kompleksində yarım finalda 4 komanda güclərini sınamışdırlar. Gərgin idman mübarizəsi şəklində kecirilən görüşlər nəticəsində Şəhər №1 və Aşağı Salahlı komandaları qalib gələrək növbəti tura vəsiqə qazanmışdırlar.
Yarım final oyunlarının nəticələri aşağıda kı kimi olmuşdur:
Şəhər №1 4-2 Aşağı Əskipara
Aşağı Salahlı 1-0 Orta Salahlı
25.01.2019-cu il tarixdə saat 10-30 da Aşağı Əskipara komandası ilə Orta salahlı komandası 3 yer uğrunda mübarizə aparacaqlar,saat 11-00 da isə Şəhər №1 və Aşağı Salahlı komandaları 1 və 2 yerlər uğrunda mübarizə aparacaqlar.
Finala cixan komandalara uğurlar arzu edirik
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir