Şabran gəncləri “Cümhuriyyət kuboku”nu qazanıb

Quba şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin “Cümhuriyyət kuboku” intellekt festivalı adlı layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə final turniri keçirilib.
Rəsmi hissədə çıxış edən təşkilatın sədri və layihə rəhbəri Ramin Mahmudov qeyd edib ki, layihə intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclərin vətənpərvərlik, vətəndaşlıq, dövlətçilik və Vətənə sədaqət ruhunda tərbiyə edilməsinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunmasına dair sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinə dəstək vermək məqsədi daşıyıb.
Noyabr ayından etibarən Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında keçirilən seçim turlarında ümumilikdə 372 nəfər yeniyetmə və gənc iştirak edərək həm Gənclər Fondu, həm də Cümhuriyyət tariximizlə bağlı geniş məlumat əldə ediblər.
Rəsmi hissədən sonra 12 komanda hərəsində 3 komanda olmaqla 4 yarımqrupda mübairzə aparıb. Nəticələrə əsasən A qrupundan Şabranın “Çıraqqala” və Qubanın “İstedadlar”, B qrupundan Xızı təmsilçsi “Oxu tar” və Quba təmsilçisi “TTL”, C qrupundan Şabran biliciləri “Tornado” və Qubanın daha bir komandası olan “Cümhuriyyət”, D qrupundan isə Xaçmazın “Altel-eqo” və Qusarın “TTS” komandaalrı ¼ finala vəsiqə əldə edərək qalib adı uğrunda mübarizəni davam etdiriblər.Turnirin əsasnaməsinə uyğun olaraq məğlub komandalar da “Kiçik kubok” uğrunda yarışıblar.
¼ final mərhələsini uöurla adlayan “Çıraqqala” komandası “Tornado” ilə, “istedadlar” isə “Altel-eqo” ilə mübarizədən qalib çıxaraq finala vəsiqə əldə ediblər.
Yekun nəticəyə əsasən Şabran rayonunun “Çıraqqala” komandası “Cümhuriyyət kuboku”nun sahibi olub. Quba təmsilçisi “İstedadlar” ikinci, daha bir Şabran təmsilçisi “Tornado” isə üçüncü yeri tutub.
“Kiçik kubok” uğrunda mübarizədə isə Xızı rayonunun “Oxu tar” komandası qalib adını qazanıb. Qusar təmsilçisi “TTS” ikinci, Quba biliciləri olan “TTL” komandası isə üçüncü müküfatın sahibi olub.
Qalib və mükafatçılara layihə çərçivəsində hazırlanmış kuboklar, medallar, diplomlar, Cümhuriyyət tarixinə aid ədəbiyyat nümunələri, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən bəhs edən statistik məlumatların əks olunduğu “100 illik qürur” adlı kitabçalar təqdim edilib.
Sosial şəbəkələrdə paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir