Şb. İyl 20th, 2019

Şamaxıda adət-ənənələrin gənclər arasında təbliği mövzusunda tədbir keçirilib

Bu barədə QHT.az-a “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva məlumat verib.
Təşkilat rəhbəri qeyd edib ki, tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi “Regionlarda adət və ənənələrin gənclər arasında təbliği” layihəsi çərçivəsində baş tutub.
Görüşdə gənclərin Azərbaycanın milli-mənəvi dəyərlərinə, milli atət-ənənələrinə sahib çıxması, gələcək nəsillərə çatdırılması qlobollaşan dünyada Azərbaycan üçün önəmli olması istiqamətində müzakirələr aparılıb.
Tədbirdə Şamaxı rayonunun aktiv gəncləri iştirak edib.
Qeyd edək ki, layihənin məqsədi müasir gəncliyimizə mili adət-ənənələrimizin dəyərini aşılamaq və bu dəyərləri onlarında gələcək nəsillərə çatdırılmasının önəmli olduğunu çatdırmaqdır.
Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  Bələdiyyələr üçün açılmış facebook səhifələrinin icma üzvlərinə tanıtımı davam edir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir