Şb. İyl 20th, 2019

Gənclər və Yeniyetmələr arası Qol Güləşi üzrə Açıq Qazax rayon turniri keçirilib

Fevralın 17-də  Azərbaycan Respublikası  Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi  “Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsinin icrası çərçivəsində Qazax Olimpiya İdman Kompleksində Şəhid Süleyman Süleymanovun xatirəsinə həsr olunmuş gənclər və yeniyetmələr arası Qol Güləşi üzrə açıq Qazax rayon turniri keçirilib.

QHT.az xəbər verir ki, turnirdə ilk öncə şəhidlərin ruhunu yad etmək məqsədi ilə bir dəqiqəlik sükut elan olunub.

Turnirin acılısı zamanı “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev  şəhid Süleyman Süleymanovun həyati haqda danışmış, layihə və donor haqda iştirakçılara ətraflı məlumat vermişdir.

Daha sonra ardıcıllıqla çıxış edənlər  Qazax RİHB aparatının ictimai siyasi və humanitar şöbənin nümayəndəsi Orucov Məhəmməd, Qazax Qarabağ müharibəsi əlillər, veteranlar, şəhid ailələri ictimai birliyinin sədr müavini Əliyev Namiq, Əlbəyaxa döyüş federasiyasının prezidenti Əhmədov Azər, Qazax rayon təhsil şöbəsinin əməkdaşı Alıməmmədov Pərviz  şəhid Süleyman Süleymanov haqda danışaraq şəhidin ailəsinə səbir dilədilər, layihənin əhəmiyyəti haqda danışdılar və turnir iştirakçılara uğurlar arzu etdilər.

Şəhidin atası Süleymanov Elçin turnir iştirakçılarına uğurlar arzu edərək  turnir təşkilatçılarına ailə üzvləri adından minnətdarlığını bildirdi.

Qazax gənclər və idman idarəsinin rəisi Nəbiyev Vüqar turniri acıq elan etdi.

Iştirakçılar Dövlət himnini ifa etdikdən sonra Qol Güləşi turnirə start verildi.

Turnirdə 3 rayonun (Qazax, Ağstafa və Tovuz) 6 komandasından 123 idmançı iştirak etmişdir. Keçirilən turnir idmançı sayının çoxluğu ilə xüsusi olaraq seçilirdi. Turnir şəhidlərimizi tanıyaq və tanıdaq  devizi altında keçirilib. Gərgin idman mübarizəsi şəklində keçən görüşlər nəticəsində 14 çəki üzrə qaliblər müəyyən edildi. Komanda hesabında 30 medalla Qazax komandası 1 yerə,7 medalla Ağstafa komandası 2 yerə,5 medalla Tovuz  komandası 3 yerə cixmışdırlar.Qaliblər medal və diplomlarla ilə mükafatlandirildi. Qalib komandaların idmançıları diplom və medallarla mükafatlandırıldı. Turnirdə iştirak edən Şəhid Süleyman Süleymanovun atası, babası, qohmları və digər qonaqlar fərqlənən idmançıların mükafatlandırılmasında iştirak etdilər və təşkilat komitəsinə öz minnətdarlığını bildirdilər.

Həmçinin bax:  Masallıda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib

Turnir çərçivəsində 220  nəfər  birbaşa və 2500  nəfər isə dolayısı ilə bəhrələnib.

Turnir gənclərin asudə vaxtlarının düzgün təşkili, onların sağlam həyat tərzini seçmələrinə təkan vermişdir.

    Turnir sonunda Azərbaycan Respublikasının Gənclər fondunun nümayəndəsi Osmanov Zaur bütün iştirakçılara Gənclər Fondu adından gələcək həyatlarında uğurlar arzu etdi və şəhidin ailə üzvləri ilə səmimi söhbət edərək onlara səbir dilədi.

     Gərgin idman mübarizəsi şəklində keçirilən görüşlər nəticəsində nailiyyətlər aşağidakı kimi olmuşdur:

YENİYETMƏLƏR:

35 KQ

I YER ALIYEV ABİL  QAZAX

II YER HÜSEYNOV AQŞİN QAZAX

III YER DAŞDIYEV NURLAN QAZAX

40 KQ

I YER MUSTAFAYEV İMRAN TOVUZ

II YER RAMAZANOV ELMİR QAZAX

III YER ATAŞOV İLQAR QAZAX

45 KQ

I YER HÜSEYNOV MURAZ TOVUZ

II YER HÜSEYİNLİ SƏDDAM QAZAX

III YER RAMAZANOV ELNUR QAZAX

50 KQ

I YER MAMAYEV LAZIM AĞSTAFA

II YER VƏLİYEV ÜLFƏT QAZAX

III YER KAMALOV ÜLFƏN QAZAX

55 KQ

I YER MUSTAFAYEV İSMAYIL QAZAX

II YER TÜKƏNOV ZABİT AĞSTAFA

III YER HƏBİLOV ÜLVİ QAZAX

60 KQ

I YER RÜSTƏMOV FƏRİD QAZAX

II YER TAĞIYEV NAİL TOVUZ

III YER ƏMİRASLANOV AMİN QAZAX

65 KQ

I YER NƏSİBOV SƏNAN QAZAX

II YER MUSTAFAYEV SAİD QAZAX

III YER AYRALOV SƏRXAN AĞSTAFA

70 KQ

I YER QULİYEV RƏŞAD QAZAX

II YER ZEYNALLI XALİD AĞSTAFA

III YER KAZIMLI KAZIM QAZAX

 80 KQ

I YER NƏSİBOV FƏQAN QAZAX

II YER HÜSEYNOV ELTAC AĞSTAFA

III YER SULEYMANOV BƏHLUL QAZAX

 +80 KQ

I YER HACIYEV AYXAN AĞSTAFA

II YER ORUCOV MAHİR QAZAX

III YER QƏHRAMANOV İLQAR QAZAX

BÖYÜKLƏR

60 KQ

I YER QASIMZADƏ XƏYAL QAZAX

II YER QƏFƏROV ELMAR QAZAX

III YER MUSTAFAYEV SAİD QAZAX

70 KQ

I YER MƏDƏTLİ CEYHUN QAZAX

Həmçinin bax:  Beynəlxalq Dialoq və İnkişaf Alyansı AŞPA-da girovların hüquqlarının müdafiəsinə çağırdı

II YER MƏCİDLİ ELCAN TOVUZ

III YER QƏHRAMANOV İLQAR QAZAX

80 KL

I YER MUSTAFAYEV İSGƏNDƏR QAZAX

II YER DAŞDIYEV KƏNAN QAZAX

III YER MİRZƏYEV ƏLİ TOVUZ

+80 KL

I YER VƏKİLOV NEYMƏT QAZAX

II YER İSMAYILOV OMAR AĞSTAFA

III YER SAMSONİDZE TOFİQ QAZAX

Sosial şəbəkələrdə paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir