Şb. İyl 20th, 2019

“Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsi üzrə ekskursiya keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 2018-ci ildə 11-ci qrant müsabiqəsi üzrə qalib olmuş “Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin 24.02.2019 tarixində fəal gənclərin iştirakı ilə Masallı, Lənkəran və Astara rayonlarının tarixi və mədəni abidələrinə ekskursiya təşkil olunmuşdur.
 
QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə “Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin rəhbəri Nemət Əliyev açmışdır. O, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, layihənin məqsədi və gedişatı haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, layihənin ilk mərhələsi yanvar ayında Masallı rayonunda 2 yarımgünlük təlimlərlə başlamışdır. Təlimlərdə gənclərə Masallı, Lənkəran və Astara rayonlarının  tarix və mədəniyyəti, kulinariyası, milli rəqsləri və folkloru haqqında təlimlər keçirilmişdir.
Ekskursiya Masallı rayonunun Tarix Diyarşünaslıq Muzeyi, Yanar Dağ təbbi ərazisi, Lənkəran rayonunun Xan Evi, Həzi Aslanovun Ev Muzeyi, Dairəvi Qala, Astara rayonu üzrə isə 1806-cı ilə aid hamam, “Ulduz” filminin bəzi epizodlarının çəkildiyi Ləm (yay istirahət evi), Yanar Bulaq kimi yerləri əhatə etmişdir. Ekskursiyada iştirakçılara xüsusi bələdçilər tərəfindən məlumatlar və onlara bələdçilik üzrə praktiki göstərişlər verilmişdir. 
 
Ekskursiyanın sonunda Astara rayonunda iştirakçılara sertifikat və hədiyyə olaraq layihənin adı və Gənclər Fondunun loqosunun əks olunduğu brelok hədiyyə verilmişdir. 
Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  “20 gün erməni girovluğunda – Qarabağ həqiqətləri” filminin çəkilişləri davam edir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir