Şb. İyl 20th, 2019

“Azərbaycan regionlarında gənclər arasında könüllülüyün təşviqi” layihəsi yekunlaşıb – VİDEO

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Həmrəyliyi” ictimai birliyi tərəfindən həyata keçirilən “Azərbaycan regionlarında gənclər arasında könüllülüyün təşviqi” layihəsi başa çatıb.
Bu barədə QHT.az-a layihənin rəhbəri Zülfiyyə Nuriyeva məlumat verib.
Təşkilat rəhbəri qeyd edib ki, layihə çərçivəsində Balakən və Tovuz rayonlarında “Gənclər Evi” ilə əməkdaşlıq  çərçivəsində,  hər rayonda 35 gəncin iştirakı ilə tədbirlər həyata keçirilib.
Zülfiyyə Nuriyeva bildirib ki, layihənin məqsədi gənclərin ölkənin və yaşadıqları bölgənin ictimai-siyasi həyatında könüllü olaraq fəaliyyətini təşviq etməkdir.
Qeyd edək ki, layihə fevralın 20-də başa çatıb.

Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  Əlilliyi olan uşaq və gənclər üçün sosial reabiltasiya mərkəzinin təşkili layihəsi uğurla davam edir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir