Şb. İyl 20th, 2019

“Regionlarda adət-ənənələrin gənclər arasında təbliğı” layihəsi yekunlaşıb – FOTOLAR

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Regionlarda adət və ənənələrin gənclər arasında təbliği” layihəsi başa çatıb.
Bu barədə QHT.az-a “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva məlumat verib.
Təşkilat rəhbəri qeyd edib ki, layihə çərçivəsində Göyçay, İsmayıllı, Şamaxı rayonlarında gənclərin Azərbaycanın milli-mənəvi dəyərlərinə, milli adət-ənənələrinə sahib çıxması, gələcək nəsillərə çatdırılması,  qloballaşan dünyada Azərbaycan üçün önəmli olması istiqamətində müzakirələr aparılıb. Tədbirlərdə Göyçay, Şamaxı, İsmayıllı rayonunun aktiv gəncləri iştirak edib.
Layihənin məqsədi müasir gəncliyimizə mili adət-ənənələrimizin dəyərini aşılamaq və bu dəyərləri onlarında gələcək nəsillərə çatdırılmasının önəmli olduğunu çatdırmaqdan ibarətdir deyə – Samira Mustafayeva bildirib
Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  Şəhid Suleyman Suleymanovun xatirəsinə həsr olunmuş QOL GÜLƏŞİ üzrə açıq Qazax rayon turniri keciriləcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir