III Beynəlxalq Xocalı Soyqırımı və Türk Dünyası Simpoziumu yekunlaşıb

Fevralın 26-27-də Türkiyənin Giresun Universitetində III Beynəlxalq Xocalı Soyqırımı və Türk Dünyası Simpozium keçirilib.
Türkiyə, Azərbaycan və Qazaxıstan milli marşları ilə başlanılan tədbirdə daha sonra Xocalıda şəhid olanların ruhuna fatihə və dua oxundu.
Sonra Prof.Dr Lalə Hüseynova şəhidlərin ruhuna skripkada ifa etdi.
Simpoziumun açılışında Giresun Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Prof.Dr Betül Karagöz Yerdelen, TBMM Ordu  Millət vəkili Ergün Taşçı, Ərzurum Millət vəkili Prof.Dr Kamil Aydın, Keçmiş  T.C İstanbul Aydın Universitetinin Tarix bölümü  Prof.Dr Abdulhaluk Mehmet Çay, prof.Dr Əllədin Yalçın Qaya,  Prof.Dr. Tales Ömərbəyov, Prof.Dr. Bülent Okay, Tuğ general Ömər Esenyel, Azərbaycandan Azərbaycan deputatı, AMEA Tarix İnstitutu direktoru Yaqub Mahmudov, Beynəlxalq Qadın Klubunun sədri Əsmayə Cavadova, Dos.Dr. İradə Məmmədova, Dr.Yeganə Hüseynova, tarix Institutun dissertantı Bədirə Kərimova və başqaları çıxış etdilər.
Akademik Yaqub Mahmudov çıxışında bildirmişdir: “Biz bura ağlayıb, sızlamağa gəlməmişik,  gənclərimizə qələbələrimizi qeyd etməyi aşılamalıyıq. Mən qisasçı insan deyiləm, ancaq indi deyirəm qisasımızı almalıyıq, gənclərə səslənirəm, cəsarətli olun, heç nədən qorxmayın və türk olduğunuzu unutmayın. Tarix şüurumuzu dəyişməliyik, tarixi şəxsiyyətlərimizə sahib çıxmalıyıq, Şah İsmayıl Xətaini və Sultan Yavuzu “Çaldıran Döyüşü”nə görə deyil, gördüyü yaxşı işlərinə görə xatırlamaq lazımdır. Bizə bu günümüzdə başsağlığı vermək yaraşmır. Biz tarixdən ibrət  dərsi almalıyıq. Ermənilər bizim bayram günlərimizdə qətliam törədirlər. Bizi məhv edəni məhv etməli. Mən intiqam hissi ilə yaşayan insan deyiləm. Amma biz bu Simpoziumdan qan yerdə qalmamalıdır düşüncəsi ilə ayrılmalıyıq.”
Beynəlxalq Qadın Klubunun sədri Əsmayə Cavadova öz çıxışında Xocalının haqq səsini Azərbaycanın qadınları adından soyqırımı mədəni dünyaya çatdırılması mövzusunda danışdı, Xocalı soyqırımının bir insanlıq faciəsi olduğunu vurğuladı.”
Bu tədbirin keçirilməsində məqsəd Xocalı faciəsinin siyasi, iqtisadi, hüquqi, mədəni və mənəvi yönləri ilə ortaya qoymaq, eyni zamanda Xocalı Soyqırımı ilə bağlı Beynəlxalq hüquq məhkəməsinə müraciət edilməsidir.
Gülər Qasımlı, Giresundan, xüsusi olaraq “QHT.az” üçün
Sosial şəbəkələrdə paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir