ƏSMİD İctimai Birliyi 8 mart “Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar tədbir təşkil etdi

F5Xəbər.azxəbər verir ki, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi 8 mart “Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar tədbir təşkil edib.

Tədbiri giriş sözü ilə açan Birliyin sədri Səbinə Kərimova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə əlilliyi olan qadınları təbrik edib.

O bildirib ki, Azərbaycan qadını dünyaya gözəllik və həyat bəxş edir. Ana məfhumu istər sağlam olsun,istər fiziki məhdudiyyətli,övlad üçün heç bir fərqi olmur! Ana ana olaraq sevilir! Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Azərbaycan qadını bu gün ölkəmizin mədəni həyatının fəal iştirakçısıdır.
Azərbaycan xanımları bu gün olduğu kimi gələcəkdə də dövlətçiliyimizin güclənməsində, Ulu Öndərimiz Heydər Əliyevin siyasətini davam etdirəcəkdir.

Dövlət tərəfindən qadınlara hər zaman diqqət göstərilir, lakin 8 martın qadınların bayramı olduğuna görə onlar məhz bu gün daha çox diqqətə, qayğıya ehtiyac duyurlar. Çünki bütün qadınlar həmişə mənəvi dayağa, ülvi məhəbbətə, ilıq nəfəsə ehtiyac duyurlar. Məndə sizin simanızda bütün xanımları təbrik edirəm.Nə yaxşı ki,varsız!

Sonra təşkilatın digər üzvüləri xanımlara təbriklərini bildirdilər.

Tədbir yüksək əhval ruhiyyə ilə başa çatdı.

Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  “Yüksək ideyalar yolunda” – tanınmış rəssamın növbəti sərgisi belə adlanır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir