Ça. Avq 20th, 2019

QHT “Ahılların asudə vaxtının səmərəli təşkili” layihəsinin icrasına başlayıb

“Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi “Ahılların asudə vaxtının səmərəli təşkili” layihəsinin  icrasına başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata  keçirilən layihə 4 ay müddətində Bakı şəhərində reallaşacaq.
“Ahıllara və Tənhalara Dəstək” ictimai birliyinin sədri Ruhiyyə Məmmədova  bildirib ki, layihənin məqsədi yaşlı insanların cəmiyyətdə inteqrasiyasına və sosial adaptasiyasına dəstək göstərməkdən ibarətdir.  Layihə çərçivəsində sosial vəziyyəti zəif olan ahıl vətəndaşlar üçün doğum günü tədbirləri təşkil olunacaq. Tədbirlərdə digər ahıllar və ictimaiyyət nümayəndələri iştirak edəcək.
Bundan başqa yaşlı insanların yaradıcılıq imkanlarının nümayiş etdirməsi məqsədi ilə yaşlı qadınlar arasında mətbəx bacarıqlarının nümayiş olunması ilə bağlı yarış təşkil olunacaq. Həm doğum günü olan ahıllara, həm də yarışda iştirak edən ahıl vətəndaşlara  layihə çərçivəsində xüsusi hədiyyələr təqdim olunacaq.
Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  Şuranın dəstəyilə “Regionda azsaylı xalqların nümayəndələri arasında milli ailə dəyərlərinin təbliği” yekunlaşıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir