Şb. İyl 20th, 2019

QHT “Sərhədyanı rayonlarda narkomaniyaya qarsı geniş mübarizə tədbirlərin təşkili” layihəsinə start verib

“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi “Sərhədyanı rayonlarda narkomaniyaya qarsı geniş mübarizə tədbirlərin təşkili” layihəsinə  start vermişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi 06.05.2019-cu il tarixdən 06.08.2019-cu il tarixədək “Sərhədyanı rayonlarda narkomaniyaya qarşi geniş mübarizə tədbirlərin təşkili”  adlı layihəsinin icrasına başlamışdır.
    Layihənin əsas məqsədi Qazax və Ağstafa rayonlarında insanların xüsusən də gənclərin  narkomaniyaya  qarşı maarifləndirilməsində  kütləviliyə nail olmaq məqsədi ilə idman yarışlarının təşkili, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların sağlam həyat tərzini seçməyə kömək olmaq və bədən tərbiyəsi, idmana yönəltməkdən ibarətdir
     İdman yarışları çərçivəsində təşkilatımız NARKOTIKSIZ SAĞLAM HƏYAT  devizi altında Mini futbol və Qol güləşi turnirləri təşkil edəcəkdir. Keçiriləcək Mini futbol və Qol güləşi turnirlərində iştirak etmək istəyənlər bizlə azer_an@yahoo.com email vasitəsi ilə əlaqə saxlaya bilərlər.
Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  Şuranın dəstəyilə Lənkəranda təlim: “Əmək müqaviləsi: gələcəyə təminat”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir