Vətəndaş cəmiyyəti üzvüləri üçün “Açıq Qapı” davam edir

Bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu Sumqayıt şəhər şöbəsində “Şəhid ailələri əlillər və müharibə veteranları ” ictimai birliyinin Sumqayıt şəhər şöbəsinin üzvüləri üçün açıq qapı təşkil edildi. Dövlət Sosial Müdafiə Fondu Sumqayıt şəhər şöbəsinin müdiri Firdovsi Bədəlovun rəhbərliyi ilə təşkil olunan dəyirmi masada 30 nəfər birliy üzvü iştirak etdi.

F5xəbər.az xəbər verir ki, “Şəhid ailələri əlillər və müharibə veteranları ” ölkəmizdə sosial sahədə aparılan islahatlardan, əhalinin rifah halının yaxşılaşdırılması üçün atılan addımlardan razılıqla bəhs edərək, sosial müdafiə sahəsinə göstərilən xüsusi qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə Sumqayıt şəhərində həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparılıb. QHT-lərin qaldırdıqları məsələlər də müzakirə olunub, bu məsələlərin həlli sahəsində qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Şöbə tərəfindən hər həftənin cümə günü “Açıq qapı” formatında vətəndaş cəmiyyətləri ilə belə görüşlər keçirilir. Şəhid ailələrinin və müharibə veteranlarının qaldırdığları məsələlər fondun əməkdaşları tərəfindən dinlənildi və problemlərinə aydınlıq gətirildi.

Sonda Fondun Sumqayıt şəhər şöbəsinin müdiri Firdovsi Bədəlov qeyd etdi ki, bu cür görüşlər mütamadi olaraq,Sumqayıt şəhərində təşkil olunacaq. Bu görüşlər həm əlilliyi olan şəxslər,həm də Sumqayıt şəhər sakinləri üçün nəzərdə tutulub.

Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  III Beynəlxalq Xocalı Soyqırımı və Türk Dünyası Simpoziumu yekunlaşıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir