Şb. İyl 20th, 2019

QHT inklüziv təhsilin inkişafına yardımçı olacaq

Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində inklüziv təhsilin inkişafına yardımçı olacaq “Görmə imkanları məhdud uşaq və gənclər üçün elektron tədris resurslarının hazırlanması” təşəbbüsü dəstəklənmişdir.

QHT.az xəbər verir ki, hazırlanmış audio resurslar www.sesliderslik.az saytında mərhələli şəkildə yerləşdirilir. Beləliklə, səhifənin daha da zənginləşdirilməsi üçün yeni kitabların səsləndirilərək pulsuz resurs kimi yayılmasına, bununla da daha çox fiziki imkanları məhdud uşaq və gənclərin faydalanmasına imkan yaradılacaqdır.

Qeyd edək ki, bu elektron resurs 2018-ci ildə bir qrup gəncin təşəbbüsü ilə Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin olunması məqsədi ilə, interaktiv vasitə kimi hazırlanmış və onların səyi nəticəsində bu günədək öz mövcudluğunu qoruyub saxlamışdır.

Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  QHT sədri Ziba Nəbiyeva Ədliyyə Nazirliyi Penitensiar Xidmətin məsul nümayəndələri ilə görüşüb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir