Ça. Avq 20th, 2019

Əlilliyi olan şəxslər üçün tədbir təşkil olunacaq

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 01.05.2019-cu il tarixindən Əlilliyi olan gənclərin İKT bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlimlərin təşkili layihəsnin icrasına başlayıb.

F5xeber.az xəbər verir ki, bu gün ƏSMİD ictimai birliyinin ofisində idarə heyətinin növbəti iclası keçirilib. Iclasda idarə heyəti,təftiş komissiyası, təşkilatın mətbuat xidməti və ƏSMİD ictimai birliyinin nəzdində faəliyyət göstərən “Gənc Əlillərə” Dəstək Mərkəzinin rəhbəri iştirak edib.

Təşkilatın rəhbəri Səbinə Kərimovaya layihənin hazırlıq mərhələsi ilə bağlı görülən işlər barədə məlumat verilib və ƏSMİD ictimai birliyinin nəzdində faəliyyət göstərən “Gənc Əlillərə” Dəstək Mərkəzinin rəhbəri Səfanə Dadaşzadə təşkilatın üzvüləri üçün layihə barədə məlumatlandırma tədbirinin keçirilməsinin vacibliyini vurğulayıb.. İdarə heyətinin qərarı ilə 19 may tarixində layihə barədə məlumatlandırma tədbiri təşkil olunacaq.

Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  Eşitmə və nitq məhdudiyyətli gənclər üçün təlim təşkil olundu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir