Ç. İyn 26th, 2019

Sağlamlığının qorunmasına və sanitar-ekoloji mədəniyyətin formalaşmasına xidmət edən fakultativ məşgələ keçirilib

Sumqayıt şəhər 21 saylı orta məktəbin aşağı sinif şagirdlərinin sağlamlığının qorunmasına və sanitar-ekoloji mədəniyyətin formalaşmasına xidmət edən fakultativ məşgələ keçirildi
Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sumqayıt şəhər orta ümumtəhsil məktəblərində uşaqların sağlamlığının qorunmasına və sanitar-ekoloji mədəniyyətin formalaşmasına xidmət edən tədbirlərin təşkili” layihəsi çərçivəsində sağlamlığının qorunmasına və sanitar-ekoloji mədəniyyətin formalaşmasına xidmət edən “Fakultativ məşğələ” təşkil olunmuşdur.
Qeyd edək ki, bu layihənin əsas məqsədi Sumqayıt şəhər orta ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri arasında uşaqların sağlamlığının qorunması və möhkəmləndiirlməsi üçün sağlam həyat tərzinin və sanitar-ekoloji mədəniyyətin formalaşmasına xidmət edən maarifləndirmə işinin təşkilidir. Layıhə çərçivəsində  sağlam həyat tərzinin rolu, düzgün və sağlam qidalanma, idman, təmiz hava, su, günəş və s., həmçinin sanitar-ekoloji qaydalar, bu qaydaların pozulmasının sağlamlığa təsiri və digər məsələlər üzrə maarifləndirmə işləri uşaqların  sağlamlığının qorunmasına gətirib çıxaracaq
Layihə çərçivəsində təşkil olunmuş “Fakultativ məşğələ” may  ayının  16-də Sumqayıt şəhər 21 saylı orta məktəbində təşkil edildi. “Fakultativ məşğələ”  Birliyin təlimçisi Rauf Əliyev tərəfindən aparılmışdır. Məktəbin aşağı  sinif şagirdlərindən 25 nəfər tədbirdə iştirak etmişdir. Aparılan “Fakultativ məşğələ”də  Fakultativ məşğələdə uşaqların sağlamlığının qorunmasında sağlam həyat tərzinin rolu, düzgün və sağlam qidalanma, idman, gündəlik rejim, pis və zərərli vərdişlər, təmiz hava, su, günəş və s., həmçinin sanitar-ekoloji qaydalar, bu qaydaların pozulmasının sağlamlığa təsiri və s. kimi məsələlər müzakirə olunmuşdur. Ekoloji  təhsil və   maarifləndirmə ilə  bağlı  keçirilən fakultativ məşğələ iştirakçıların böyük marağına səbəb oldu.
İnteraktiv metodla keçiririlən “Fakultativ məşğələ”də hər bir iştirakçı müzakirələrdə fəal iştirak edərək biliyini, düşüncələrini və rəylərini sərbəst ifadə edirdilər. Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilirdi. Sonda paylama materialları uşaqlara təqdim edildi.
Pоtеnsial Sumqayıt Mütəхəssislər Birliyi 1998-ci ildə yaradılmış, 27 may 2000-ci ildə müstəqil qеyri-hökumət təşkilatı kimi rəsmi dövlət qеydiyyatına alınmışdır. Birlik 1999-cu ildən beynəlxalq təşkilatlarla əməkdaşlığa başlamış və onların dəstəyi ilə Sumqayıt şəhəri və ölkənin digər regionlarında 40 dan çox layihə icra etmişdir.
Sosial şəbəkələrdə paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir