Ç. İyn 26th, 2019

Şuranın dəstəyilə “Xalçaçılıq sənəti milli sərvətimizdir”

“Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi “Xalçaçılıq sənəti milli sərvətimizdir” mövzusunda təlimlərin təşkili layihəsinihn icrasına start verib.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunur.
Xalçaçılıq sənəti bizim milli sərvətimizdir. Xalça Azərbaycan xalqının tarixinin öyrənilməsində əvəzsiz vasitələrdən biridir. Layihənin əsas mahiyyəti bu sənətin region gəncləri arasında təbliğ edilməsi və nəsildən nəslə ötürülərək yaşadılması, davamlı olmasıdır.
Layihənin məqsədi xalçaçılıq sənətinə maraq göstərən və yiyələnmək istəyən xanımların milli-mənəvi irsimiz olan qədim xalçaçılıq sənətinin qorunması barədə maarifləndirilməsi, xalçaçılıq sənətinin yaşadılması məqsədi ilə xalça toxuma təlimlərinin təşkil edilməsi, xanımların xalçaçılıq peşəsinə yiyələnməsi və gəlir əldə etmələri məqsədi ilə təlimlərə
cəlb edilməsidir.
Qeyd edək ki, layihə Quba rayonunda 3 ay müddətində icra olunacaq.
Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  Beynəlxalq Dialoq və İnkişaf Alyansı AŞPA-da girovların hüquqlarının müdafiəsinə çağırdı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir