Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şöbəsi görüş keçirdi

Bu gün Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi “Açıq qapı” formatında növbəti görüşünü keçirdi.Bu dəfə açıq qapı Ağsaqqallar Şurası Sumqayıt şöbəsinin nümayəndələri ilə keçirilib.

F5Xəbər.az xəbər verir ki, görüşdən öncə DSMF əməkdaşları və 50 nəfər Ağsaqqallar Şurası Sumqayıt şöbəsinin üzvü Uluöndərimiz Heydər Əliyevin heykəlini ziyarət etdilər.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas qruplardan olan vətəndaşlara xüsusi qayğısından, həmin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istqiamətində atılan mühüm addımlardan bəhs olunub. Şöbə müdiri Firdovsi Bədəlov dövlət başçısının imzaladığı Sərəncam və Fərmanlar nəticəsində cari ilin ötən dövründə minimum əmək haqqının, pensiyanın minimum məbləğinin, sosial müavinət və təqaüdlərin əhəmiyyətli dərəcədə artırıldığını vurğulayıb, qeyd olunan artımlar barədə ətraflı məlumat verib. Pensiya təyinatlarının elektron qaydada həyata keçirildiyi, bu cür proaktiv xidmətlərin sosial təminat sisteminin bütün sahələrini əhatə edəcəyi bildirilib. Əmək, məşğulluq, sosial təminat sahələrində innovativ yanaşmaların tətbiqi və şəffaflığın təminatı, vətəndaş məmnunluğuna nail olunması üçün aparılan islahatlar diqqətə çatdırılıb.

Qeyd olunan qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ölkəmizdə sosial sahədə aparılan islahatlardan, əhalinin rifah halının yaxşılaşdırılması üçün atılan addımlardan razılıqla bəhs edərək, sosial müdafiə sahəsinə göstərilən xüsusi qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sumqayıt şəhərində həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparılıb.

Qaldırılan problemlər və təkliflər DSMF-nin əməkdaşları iki müavin və beş sektor müdiri tərəfindən cavablandırılıb. Müzakirə olunan məsələlər ailə başçısını itirən ailələrin övladlarının təhsillə bağlı problemləri, dəfn pulu ,sosial baxıcıya ehtiyacı olan yaşlılarla bağlı məsələlər müzakirə olundu. Bildirildi ki, Sumqayıt şəhərində 4955 nəfər valdeyinini itirən məktəbli və ali təhsil müəssisələrində təhsil alan tələblər var ki,onlara vaxtı-vatxında təqaüdləri verilir. Qeyd olundu ki, Sumqayıt şəhərində 601 nəfər qulluğa ehtiyacı olan şəxslər var. Onlardan 143 nəfəri sağlamlıq imkanları məhdud olan və 458 nəfəri isə yaşı 70 dən yuxarı olan şəxslərdir. Onlara ayrılan sosial işçilər hər həftə onlara qulluq edir və bu DSMF əməkdaşları tərəfindən mütamadi nəzarətdə saxlanılır.Dəfn pulu ilə bağlı bildirildi ki, əmək haqqının 3 misli qədər dəfn pulu ödənilir.Sumqayıt şəhərində Ünvanlı Sosial yardım alanların sayı 2707 nəfərdir. Yeni sərəncamla bağlı 2248 nəfərin ərizəsi artıq qəbul olunub və müvafiq işlər görülür.

Ağsaqqallar Şurası üzvülərinin qaldırdıqları məsələlər müzakirə olunub, bu məsələlərin həlli sahəsində qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Görüşün sonunda Ağsaqqallar şurası Sumqayıt şöbəsinin sədri Müzəffər Gülməmmədov Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin müdiri Firdovsi Bədəlova öz təşəkkürünü bildirdi. O,qeyd etdi ki, bu neçə illər ərzində ilk dəfədir ki,Sumqayıt şəhərində bu formatda maarifləndirici görüş təşkil olunur.Bu cənab prezidentimizin sadə vətəndaşlara göstərdiyi qayğısı və uğurlu siyasətinin nəticəsidir deyə qeyd edib.

Qeyd edək ki, Şöbə tərəfindən hər həftənin cümə günü “Açıq qapı” formatında vətəndaş cəmiyyətləri ilə belə görüşlər keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir