Ç. İyn 26th, 2019

QHT vergi islahatları ilə bağlı region sahibkarlarını maarifləndirəcək

AZADİNFORM. “Müvəkkil Hüquq Mərkəzi” İctimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” layihəsinin icrasına başlayıb.

Azadinform xəbər verir ki, İctimai Birliyin sədri Səməd Vəkilov layihənin məqsədinin sahibkarların vergi qanunvericiliyi sahəsində aparılan dəyişikliklərlə bağlı maarifləndirilməsindən ibarət olduğunu bildirib. Layihə çərçivəsində 2019-cu ildə tətbiq olunan vergi dəyişiklikləri ilə bağlı “Sahibkarın vergi bələdçisi” adlı buklet hazırlanacaq.

Eyni zamanda vergi islahatları ilə bağlı Tərtər, Quba, Qusar və Xaçmaz rayonlarında da tədbirlər təşkil olunacaq.

Bundan başqa təşkilatın internet saytı vasitəsi ilə Vergi islahatları mövzusunda təbliğat işləri aparılacaq.

Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  Gənclər arasında mini futbol üzrə yarımfinal oyunları kecirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir