Ça. Okt 15th, 2019

Siyəzən rayonunda “Əlilliyi olan uşaq və gənclər üçün sosial reabiltasiya mərkəzinin təşkili” layihəsi həyata keçirilir

“Sosial Dayaq”  İctimai Birliyi  Siyəzən rayonunda   Azərbaycan  Respublikasının  Prezidenti  yanında   Qeyri- Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurasının  maliyyə  dəstəyi  ilə “Əlilliyi olan uşaq və gənclər üçün sosial reabiltasiya mərkəzinin təşkili” layihəsini   həyata keçirir.
   Layihə  çərçivəsində  müxtəlif   əlilliyi olan (autizm, əqli gerilik,  uşaq serebral iflici, nitqin və intelektin  ləngiməsi  və s.) uşaqların    ilkin  ehtiyacları (göz kontaktı,ünsiyyət, nitq və səslərin  tələffüzü,  fiziki  məhdudiyyət, koordinasiya  və  əqli inkişafın ləngiməsi prosesi və s.)   öyrənilir, bu problemlərin  həlli üçün  uyğun təlimlərin  keçirilməsinə başlanılır.
Aşkar olunmuş problemlər üzərində təlim strategiyası müəyyən olunur, yaş normativləri nəzərə alınmaqla hər  uşağın  inkişafı  üçün  ayrı-ayrılıqda   təlimlər keçirilir. Təlimlər əvvəlki illərdə bu sahə üzrə təcrübə toplamış təsilli  mütəxəssislər  tərəfindən aparılır. Təlimlərin müvəffəqiyyətlə həyata keçirilməsi üçün  lazımı vəsaitlər alınıb.
Təlimlərə valideyinlər də cəlb olunur.  Onlarla  öz  uşaqlarına  erkən  yardım etmək  və  onları müdafiə etmə  bacarıqlarının  artırılması üçün maarifləndirmə işi aparılır.
 Uşaqlarının  sağlamlığı məqsədilə  dövlət uşaq tibb müəssisələrinin  əlçatanlığı təmin olunması  və  uşaqlara xidmət göstərən mərkəzlərlə əlaqələr  yaradılması ilə əlaqədar tədbirlər görülür. Bunun üçün təşkilatın ofisində olan  imkanlardan (internetdən, telefonladan və s.) istifadə etməklə valideyinlərə köməklik göstərilir.
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir