Ç. İyn 26th, 2019

Lahiyə çərçivəsində regionlarda maarifləndirici tədbirlər təşkil olacaq

Azərbaycan Əlilləri Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.
Layihənin məqsədi Azərbaycanda sağlamlıq imkanları məhdud vətəndaşların sosial rifahının dayanıqlığı istiqamətində həyata keçirilən dövlət proqramlarının əhatə dairəsinin genişləndirilməsi, bu qurupa daxil olan insanların ölkəmizdə tətbiq edilən sosial müdafiə və təşviq mexanizmlərinin yararlanma səviyyəsinin yüksəldilməsi, əlil vətəndaşlarının ölkə iqtisadiyyatının, o cümlədən əmək bazarının aktiv iştirakçılarına çevrilməsi istiqamətində maarifləndirici tədbirlərinin intensivliyinin artırılması və beləliklə iqtisadi inkluzivliyin dəstəklənməsidir.
Layihə çərçivəsində Biləsuvar, Masallı, Yardımlı və Şamaxı rayonlarında bütün steykholderlərin iştirakı ilə marifləndirici tədbirlərin və diskusiyaların təşkili nəzərdə tutulub. Bundan başqa sağlamlıq imkanları məhdud insanlar üçün mövcud sosial müdafiə və iqtisadi təşviq mexanizmləri haqqında konkret məlumatların əks olunduğu 300 ədəd məlumatlandırıcı material-bukletlər tərtib edilərək nəşr etdirilmişdir. Hazırda bukletlərin müvafiq sosial qrupun təmsilçiləri arasında yayılması işləri davam etdirilir.
Qeyd edək ki, layihənin hədəfləndiyi əsas sosial qruplara sağlamlıq imkanları məhdud olan vətəndaşlar, o cümlədən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslər və onların ailə üzvləri, doğuşdan sağlamlıq imkanları məhdud olan şəxslər və onların ailə üzvləri, peşə fəaliyyəti zamanı sağlamlığını tam, yaxud qismən itirmiş şəxslər və onların ailə üzvləri daxildir.
Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  İcma üzvlərinin elektron xidmətlərdən istifadə bacarıqlarının artırılması üzrə tədbirlər keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir