“Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili” layihəsinə start verilib

Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili” mövzusunda layihəyə start verib.
Layihənin həyata keçirilməsində əsas məqsəd son illər ailə institunun zəifləməsini şərtləndirən faktorlardan biri olan iqtisadi problemlərin təsirini zəiflətmək, Azərbaycan ailəsinin dözümlülüyünü artırmaq, ailədə qadınların əmək fəaliyyətinə, sahibkarlıq fəaliyyətinə qarşı əsrlər boyu formalaşmış önyarğının miqyasını azaltmaq, ailə büdcələrinin dayanıqlı gəlir mənbələri hesabına formalaşmasını dəstəkləmək, uşaqların normal ailə münasibətləri əhatəsində böyüməsinə və boşanma hallarının azalmasına nail olmaqdır.
Layihə çərçivəsində Biləsuvar, Masallı, Cəlilabad və Astara rayonlarına səfər ediləcək. Bu rayonlarda faktiki olaraq hər hansı bir muzdlu fəaliyyətlə və yaxud sahibkarlıq fəaliyyəti iə məşğul olmayan qadınların iştirakı ilə maarifləndirmə tədbirləri keçiriləcəkdir. Tədbirdə sahə üzrə mütəxəssislərin iştirakı təmin ediləcək, iştirakçılara sahibkarlıq fəaliyyəti üçün mümkün imkanlar, qadın sahibkarlığını dəstəkləyən dövlət proqramları, maliyyə mənbələrinə çıxış imkanları, bisnes ideyaların gerçəkləşdirilməsi yolları, biznes planların hazırlanması, rəsmi prosedurların yerinə yetirilməsi kimi məsələlərin geniş izahı ilə yanaşı bu sahədə mövcud vəziyyətin səbəbləri haqqında da müzakirələr aparılacaqdır.  Layihə 5 ay davam edəcəkdir.
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir