Ç. İyn 26th, 2019

Şuranın dəstəyi ilə mini futbol turniri davam edir

“Narkotiksiz Sağlam Həyat” devizi altında keçirilən mini futbol turnirinin 2 günü.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi şurasının dəstəyi ilə “Gəncliyin Təşəbbüsü”Maarifləndirmə İctimai birliyi “Sərhədyanı rayonlarda narkomaniyaya qarşı geniş mübarizə tədbirlərinin təşkili” adlı layihəsinin icrası cərcivəsində gənclər və yeniyetmələr arası “Narkotiksiz Sağlam Həyat” devizi altında mini futbol üzrə acıq Qazax rayon turnirinə start vermişdir.
Turnirdə 22 komanda qeydiyyatdan kecmişdir.
24.05.2019-cu il tarixdə turnirin 4 günündə 8 komanda güclərini sınamışdırlar.Gərgin idman mübarizəsi şəklində kecən görüşlərin nəticəsi aşağıda kı kimi olmuşdur:
1) Şəhər №1 – Xanbağı 2-1
2) O/Salahlı – Kəmərli 3-0
3) Daş Salahlı №2 – Şəhər №5 3-0
4)Şəhər №4 – Çaylı №2 2-1
Şəhər №1,Orta Salahlı,Daş Salahlı və Şəhər №4 komandaları qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmışdırlar.
Turnir Qazax Olimpiya İdman Kompleksində keçirilir.
 
Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  Şuranın dəstəyi ilə keçirilən mini futbol turnirinin finalçıları bəlli olub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir