Şb. İyl 20th, 2019

İcma üzvlərinin elektron xidmətlərdən istifadə bacarıqlarının artırılması üzrə tədbirlər keçirilib

Lənkəran regionunda İcma üzvlərinin e-hökumət  portalından istifadə etməklə  elektron xidmətlərdən istifadə bacarıqlarının artırılması üzrə tədbirlər keçirilmişdir. 
Niderland Krallığının Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan təşkilatının həyta keçrtdiyi “Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” Proqramı çərçivəsində “İcma üzvlərinin e-hökumət portalından istifadə etməklə elektron xidmətlərdən istifadə bacarıqlarının artırılması” layihəsi uğurla davam edir. 
QHT.az xəbər verir ki, layihə çərçivəsində şəffaflıq və hesabatlılıq məsələlərində vətəndaş nəzarətinin təkmilləşdirilməsi məqsədilə Lənkəran iqtisadi zonasında  (Astara, Yardımlı və Lerik rayonlarında) 15 icmada (hər rayondan 5 icma olmaqla) 3 mövzuda (“Bələdiyyələr üçün facebook səhifəsinin yaradılması”, “Bələdiyyələrin facebook səhifələrinə materialların yerləşdirilməsi” və “Bələdiyyələrin facebook səhifələrinin təqdimatı və tanıtımı”) 45 dəyirmi masa keçirilmişdir.
Dəyirmi masalarda 407 nəfər icma və bələdiyyə üzvü iştirak etmişdir. Təşkil edilmiş ilk dəyirmi masalarda,  bələdiyyələrin sosial mediadan istifadəsinin əhəmiyyətindən və icma üzvləri ilə daha effektiv  kominikasiya vərdişlərinin formalaşdırılması ilə bağlı iştirakçılara bilgilər verilmişdir. Bundan başqa tədbirlərdə bələdiyyələrin sosial mediadan istifadə edərək, həyata keçirdikləri fəaliyyətlər və qəbul etdikləri qərarlarla bağlı məlumatları icmada yaşayan seçicilərə daha çevik və daha qısa yolla çatdırılması istiqamətində müzakirələr aparılmışdır.
Dəyirmi masaların ikinci mərhələsində isə hər bir icmanın Bələdiyyəsi üçün facebook səhifəsi yaradılmış və həmin səhiflərə bələdiyyə qulluğuna qəbul, bələdiyyələrdə maraqların konflikti, bələdiyyə büdcəsinin icrası və hesabatlılıq, bələdiyyə torpaqlarının idarəedilməsi və s.kimi  50 dən çox məlumatlar yerləşdirilmişdir. Dəyirmi masalarla paralel olaraq yeni yaradılmış bələdiyyə facebook səhifələrini tanıtmaq məqsədi ilə hər bir icmanın öz bələdiyyəsinin səhifəsinin profil kartları  sakinlərin  toplaşdığı məkənlarda və məktəblərdə 300 dən cox icma üzvünə paylanılmışdır. Keçirilmiş tədbirlər icma üzvlərinin böyük marağına səbəb olmuş, iştirakçılar müzakirələrdə fəal iştirak edərək mövzuya uyğun  təklif və rəylərini bildirmişlər.
 Artıq bələdiyyələr üçün yaradılmış facebook səhifələrinə icma sakinləri tərəfindən suallar və təkliflər daxil olmağa başlanılmışdır.
Sosial şəbəkələrdə paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir