Ça. Okt 15th, 2019

Şuranın dəstəyi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi yeni layihənin icrasına start verib

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi “Əlilliyi olan və digər həssas sosial qruplara aid olan şəxslərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri prinsiplərinə uyğun sahibkarlıq fəaliyyətinə təşviq edilməsi” adlı layihəsinin icrasına cari ilin may ayının 15-dən başlayıb.
Layihənin məqsədi, əlilliyi olan və digər həssas sosial qruplara aid olan şəxslərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) prinsiplərinə uyğun sahibkarlıq fəaliyyətinə təşviq edilməsi və işsizlik probleminin qismən həllinə maarifləndirici tədbirlərin (seminarların) təşkili ilə nail olmaqdır.
Bunlarla yanaşı layihə çərçivəsində dövlətin əlillərə olan qayğısını, sahibkarlıq fəaliyyətinə aid mövcud və yeni qanunvericiliyi əlilliyi olan və digər həssas sosial qruplara sadə dildə izah etmək, həmçinin sahibkarlar üçün yaradılmış geniş imkanlardan məlumat verməkdir.
Layihə çərçivəsində bir neçə istiqamətdə maarifləndirici seminarların təşkili və onun uyğun mütəxəssislər tərəfindən iştirakçılara çatdırılması bu ilin may – avqust aylarında nəzərdə tutulub.
Seminarlarda əlilliyi olan və digər həssas sosial qrup, həmçinin təşkilatın üzvləri və bütün maraqlı şəxslər iştirak edə bilərlər.
Seminarların keçiriləcəyi yer və qrafik yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi 2014-cü ildən Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan bu günə kimi Sumqayıt şəhərində və ölkəmizin bir çox bölgələrində fəaliyyətə başlamışdır. İxtisaslaşmış təşkilat kimi əsas fəaliyyət istiqaməti sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, reabilitasiyası, məşğulluq qabiliyyətlərinin qarşılanması və əmək bazarında sərbəst fəaliyyəti üçün vacib olan maarifləndirilmə, hüquqi dəstək, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinə təşviq edilməsi aiddir.
Təşkilat, birbaşa əlillərin işsizlik probleminin həlli yolunda əsas addım kimi sahibkarlıq fəaliyyətinin təbliğini və bu sahədə olan problemlərin qarşısının alınması üçün maarifləndirməni özünün strateji hədəfi kimi seçmişdir. Təşkilat dövlətin əksər mərkəzi icra hakimiyyəti orqanları ilə əməkdaşlıq edir, həmçinin 2018-ci ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şurada təmsil olunan 15 təşkilatdan biridir.
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir