Ç. İyn 26th, 2019

Bələdiyyələr üçün açılmış facebook səhifələrinin icma üzvlərinə tanıtımı davam edir

Niderland Krallığının Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan təşkilatının həyta keçrtdiyi “Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” Proqramı çərçivəsində “İcma üzvlərinin e-hökumət portalından istifadə etməklə elektron xidmətlərdən istifadə bacarıqlarının artırılması” layihəsi uğurla davam edir.
Layihə çərçivəsində şəffaflıq və hesabatlılıq məsələlərində vətəndaş nəzarətinin təkmilləşdirilməsi məqsədilə Lənkəran iqtisadi zonasında (Astara, Yardımlı və Lerik rayonlarında) 15 Bələdiyyə (hər rayondan 5 bələdiyyə olmaqla) üçün facebook səhifələri yaradılmışdır. Yeni yaradılmış bələdiyyə facebook səhifələrini tanıtmaq məqsədi ilə hər bir bələdiyyənin facebook səhifəsinin rəngli profil kartları çap edilmişdir. Hazırlanmış profil kartları hər bir icma sakinlərinin toplaşdığı məkənlarda və məktəblərdə icma üzvlərinə paylanılmışdır. Profil kartları təqdim edilən hər bir sakinə yaradılmış bələdiyyə facebook səhifəsi barədə əlavə məlumatlar verilmiş və səhifəyə üzv olunması tövsiyə edilmişdir. Tanıtım kompaniyası zamanı 300 dən cox icma üzvünə bələdiyyə facebook səhifələrinin profil kartları təqdim edilmişdir. Aparılmış tanıtım kompaniyası nəticəsində bələdiyyələrin facebook səhifəsində icma üzvlərinin fəallaşması müşahidə edilmişdir.
Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  "Azərbaycan regionlarında gənclər arasında könüllülüyün təşviqi" adlı layihəyə start verilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir