Ç. İyn 26th, 2019

Dövlət Sosial Müdafiə Fondu Sumqayıtda səyyar görüşlərə başladı

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu Sumqayıt şəhər şöbəsinin müdiri Firdovsi Bədəlovun rəhbərliyi ilə şəffaflığı təmin edən “Açıq qapı” tədbiri H.Z.Tağıyev qəsəbəsində yerləşən 19 saylı tam orta məktəbin akt zalında təşkil olundu. Görüşdə 50-dən çox qəsəbə sakinləri iştirak edib.

F5xəbər.az xəbər verir ki, Sumqayıt şəhərində həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparılıb. Ağsaqqalların və vətəndaşların qaldırdıqları məsələlər müzakirə olunub, bu məsələlərin həlli sahəsində qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görüləcəyi bildirilib. Ölkə başçısının onlara qayğısından söz açıblar və cənab İlham Əliyevə təşəkkürlərin bildiriblər.

Qəsəbə sakinlərinin hər biri ayrı ayrılıqda dinlənildi və fondun kollektivi tərəfindən problemlərinə aydınlıq gətirildi .

Sonda qəsəbə sakinləri “Açıq qapı ” fotmatında belə görüşlərin təşkili üçün Firdovsi Bədəlova minnətdarlığlarını bildirdilər.

Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  “Vərəm haqqında biliklərimizi artıraq” mövzusunda tədbir keçirildi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir