Ç. İyn 26th, 2019

QHT plastik torbalardan istifadəyə yox deyəcək!

Kür-Xəzər” xeyriyyə ictimai birliyi “Plastik torbalardan istifadənin məhdudlaşdırılması istiqamətində təbliğat tədbirlərinin təşkili” layihəsinin icrasına başlayıb.
Layihə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihə həssas sosial qrup nümayəndələrinin (əlillərin, müharibə veteranların və şəhid ailələrinin üzvlərinin) dərzilik peşəsinə yiyələnməklə (kurslar cəlb etməklə) plastik torbalardan istifadənin məhdudlaşdırılması və parça torbalardan istifadə istiqamətində təbliğat işinə cəlb olunmasından bəhs edir.

Təşkilat sədri Akif Kərimov bildirib ki, layihə çərçivəsində sosial həssas qruplardan olan 30 nəfər dərzilik kurslarına cəlb olunacaq. Hər birində 15 nəfər olmaqla 2 qrup formalaşdırılacaq və qrup nümayəndələri 3 ay müddətində kurslara cəlb olunacaq.
Layihənin sonundan kurs nümayəndələri tərəfindən 1000 ədəd parça torbalar hazırlanacaq. Akif Kərimov bildirib ki, torbalar təbliğat məqsədi ilə super marketlərlə təqdim ediləcək.

Sosial şəbəkələrdə paylaş:
Həmçinin bax:  Şəhid Suleyman Suleymanovun xatirəsinə həsr olunmuş QOL GÜLƏŞİ üzrə açıq Qazax rayon turniri keciriləcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir