Saatlıda vətənpərvərlik təbliğ olunub – QHT-nin tədbiri

Gənclərin Həmrəyliyi” ictimai birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mailiyə dəstəyi ilə “Azərbaycan regionlarında gənclər arasında vətənpərvərliyin təbliği adlı tədbirlərin təşkili” layihəsinin icrasını davam etdirir.

Azadinform xəbər verir ki, layihə çərçivəsində ilk tədbir Saatlı rayon Gənclər Evində reallaşıb. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhları 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Zülfiyyə Nuriyeva layihə haqqında geniş məlumat verib.

Tədbir Vətən uğrunda canından keçən mərd oğullarımızın ruhunu bu gün, sabah və gələcək nəsillərində unutmamasının təbliği ilə və Gulniyaz Qasimovun keçdiyi döyüş yolu haqqında söhbətlə davam edib. Sonda qəhrəmanlar haqqında video-çarx nümayiş olunub.

Qeyd edək ki, layihə çərçivəsində Sabirabad, İmişli, Salyan, Şirvan rayonlarında bu tip tədbirlərin təşkili nəzərdə tutulub.

Ümumən tədbirlərdə 260 gəncin iştirakı nəzərdə tutulur.

Layihə bölgələrdəki Gənclər Evi ilə əməkdaşlıqla təşkil edilir.

 

 

 

Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir