Ç. İyn 26th, 2019

Sumqayıt şəhərində üşaqlarda sağlam həyat tərzinin və sanitar-ekoloji mədəniyyətin işkişaf etdirilməsi üçün intellektual oyun keçirilib

Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sumqayıt şəhər orta ümumtəhsil məktəblərində uşaqların sağlamlığının qorunmasına və sanitar-ekoloji mədəniyyətin formalaşmasına xidmət edən tədbirlərin təşkili” layihəsi çərçivəsində sağlamlığın qorunmasına və sanitar-ekoloji mədəniyyətin formalaşmasına xidmət edən “İntellektual oyun”  təşkil olunmuşdur.
Qeyd edək ki, bu layihənin əsas məqsədi Sumqayıt şəhər orta ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri arasında uşaqların sağlamlığının qorunması və möhkəmləndiirlməsi üçün sağlam həyat tərzinin və sanitar-ekoloji mədəniyyətin formalaşmasına xidmət edən maarifləndirmə işinin təşkilidir. Layihə çərçivəsində sağlam həyat tərzinin rolu, düzgün və sağlam qidalanma, idman, təmiz hava, su, günəş və s., həmçinin sanitar-ekoloji qaydalar, bu qaydaların pozulmasının sağlamlığa təsiri və digər məsələlər üzrə maarifləndirmə işləri uşaqların  sağlamlığının qorunmasına gətirib çıxaracaq.
        Layihə çərçivəsində iyun ayının 11-də Potensial SMB-də Sumqayıt şəhər orta ümumtəhsil məktəblərinin fakultativ məşğələlərindən seçilmiş 20 nəfər uşaq arasında intellektual oyun təşkil olunmuşdur. 5 nəfərdən ibarət 4 qrupda sağlam həyat tərzi və sanitar-ekoloji mədəniyyətlə bağlı bilik yarışı keçirilmişdir. Suallara düzgün cavab verən şagirdlər arasınan qaliblər müəyyən edilmiş və mükafatlandırılmışdır. İştirakçıların hamısına fəxri fərmanlar hədiyyələr təqdim edilmişdir. “İntellektual oyunu”  Birliyin təlimçisi Rauf Əliyev tərəfindən aparılmışdır. Aparılan “İntellektual oyunu”da uşaqların sağlamlığının qorunmasında sağlam həyat tərzinin rolu, düzgün və sağlam qidalanma, idman, gündəlik rejim, pis və zərərli vərdişlər, təmiz hava, su, günəş və s., həmçinin sanitar-ekoloji qaydalar, bu qaydaların pozulmasının sağlamlığa təsiri və s. kimi suallar verilmişdir Ekoloji təhsil və   maarifləndirmə ilə bağlı  keçirilən “İntellektual oyunu”  iştirakçıların böyük marağına səbəb oldu.
“İntellektual oyunu”da hər bir iştirakçı müzakirələrdə fəal iştirak edərək biliyini, düşüncələrini və rəylərini sərbəst ifadə edə bilmişdir.
Sosial şəbəkələrdə paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir